Gömrük Akademiyasında bilik yarışı keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Brain league” adlı 3 turdan ibarət olan intellektual yarışın (liganın) ilk turu keçirilmişdir. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən onların intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan yarışın ilk turunda 9 komanda, ümumilikdə 45 nəfər tələbə iştirak etmişdir.
Yarışın sonunda yüksək bilik nümayiş etdirərək uğur qazanan komanda sertifikatla təltif olunacaqdır.